Narın özü də, qabığı da faydalıdır

SAĞLAMLIQ
22:02 / 31.10.2024
242

Artıq nar mövsümüdür. Bu meyvənin faydaları saymaqla bitməz.

Lakin elə meyvələr var ki, onun meyvəsi ilə yanaşı, qabıqları da çox faydalıdır. Belə meyvələrdən biri də nardır.

Hit.az xəbər verir ki, nar qabıqlarının tərkibində müxtəlif faydalı maddələr var (antioksidantlar, orqanik turşular, büzücü maddələr və s.

Bu səbəbdən nar qabıqları xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur.

Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. 

Bunun üçün ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar  qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için.

Dəmləməyə bal və zəncəfil əlavə etmək olar.

Həmçinin, nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır”, iltihabı azaldır. 

Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.

Nar qabıqları dəmləməsini hər gün içməklə başqa xərçəng, ürək və şəkər xəstəlikləri olmaqla, bir çox xəstəlikdən qorunmaq olar. 

Odur ki, bundan sonra nar yedikdə qabıqlarını qətiyyən atmayın.

Sevinc

0