Yeni doğulmuş uşağı sünnət etdirmək olar? - Həkimdən açıqlama

SAĞLAMLIQ
19:32 / 05.11.2024
348

Son dövrlər oğlan uşaqlarının yeni doğulduğu halda sünnət etdirirlər.

Müsəlmanlığın göstəricisi olan prepisyumun (cinsi orqanın uc hissəsini örtən ət) cərrahi əməliyyatı “sünnət” adlanır. 

Bəzi valideynlər övladının hələ yeni doğulmuş olduğundan qıya bilmədikləri üçün sünnətdən yayındırırlar. 

Maraqlıdır, sünnət nə zaman olunmalıdır?

Bu barədə Hit.az-a açıqlama verən cərrah Bəhruz Səmədov deyib ki, normal dünyaya gələn uşaq bacarıldığı qədər tez sünnət edilməsi yaxşıdır:

“Tez sünnətin bir çox yaxşı əlamətləri var. Hər bir oğlan uşağının gələcəyi üçün vacib əhəmiyyət kəsb edir. Uşağın erkən sünnət olunursa, ümumi anesteziyaya ehtiyac duyulmur. Eyni zamanda, yara tez sağalır. Bununla yanaşı, uşağa psixoloji təsiri az olur. Körpə ana südü içərkən bu ağrı sakitləşir. Cərrahi əməliyyat sonrası ağrıkəsiciyə ehtiyac olmur. Ona görə valideynlərə tövsiyə edirəm ki, övladlarını bacardıqları qədər tez sünnət etdirsinlər”.

Murad

0