Quru meyvələr bir çox xəstəliklərin dərmanıdır

SAĞLAMLIQ
22:53 / 07.11.2024
370

Quru meyvələr dadlı olmaqla yanaşı, sağlıqlıdır. 

Hit.az xəbər verir ki, quru meyvələr bir çox xəstəliklərin dərmanıdır.

Qaysı - stress və qansızlığı aradan qaldırır. 

Gündə 5 ədəd qaysı yemək ürək damarları və sinir sistemi üçün faydalıdır. 

Kişmiş - enerji mənbəyi sayılır.

Gündə 10 dənə kişmiş yeyilsə təzyiqi aşağı düşür. 

Alma qurusu insanı tox saxlayır.

Xurma insan orqanizmini gücləndirir, xərçəngdən müdafiə edir. Dərinin gözəlləşdirilməsi üçün xurma yemək çox faydalıdır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. 

Əncir qurusu boğaz ağrılarına faydalıdır. 

Gavalı qaxı B1, B2, B3, B6, A, C və E vitaminləri, dəmir, kalsium, fosfor, maqnezium, kalium, natrium və manqan mineralları baxımından olduqca zəngindir. Bədənə qidalar sayəsində alınan dəmirin sovrulmasını artırır. 

Sevinc

0