Mədə üçün faydalı və ziyanlı olan məhsullar

SAĞLAMLIQ
21:59 / 14.01.2025
66

Mədə insanın ən vacib orqanlarından biridir.

Bir çox xəstəliklər məhz həzm sistemində yaranan pozuntulardan başlayır.

Hit.az mədə üçün faydalı və ziyanlı olan məhsulların adlarını təqdim edir.

Kartof mədə üçün çoxlu faydalı maddələrin daşıyıcısıdır. Qidanın tərkib hissələrini parçalayıb, rahat həzm olunmasına kömək edən fermentlər və selikli qişanı aqressiv təsirlərdən qoruyan nişasta kartofun tərkibində yer alır. 

Çiy kartofun şirəsi ilə mədə və 12-barmaq bağırsağın yarası və qastriti xəstəliklərini uğurla sağaltmaq olur.

Qazlaşdırılmış şirin içkilər, çipslər, istənilən növ - şaurmadan tutmuş kartof “fri”sinə qədər bütün fast-fud məhsulları, kolbasa məmulatları, xüsusən də hisə verilmiş kolbasa isə mədənin düşmənidir. Həmçinin, konservlərin əksəriyyəti, mayonez, ketçup, hazır souslar da mədənin düşmənləridir və üstəlik, kanserogen (xərçəng xəstəliyi yaradan) maddələrlə zəngindir.

İspanaq - mədə üçün ən faydalı qidalardan biridir.

Zeytun yağını çiy halda istifadə edilsə, yeməklər mədədə daha az qalar və yağlar daha rahat mənimsənilsin deyə öd sekresiyasını artırar. 

Mədə üçün ən yaxşı qidalardan biri də banandır. Pay aralarında 1 ədəd banan yeyilsə, mədə yanmasının da qarşısını almaq olar. Banan mədə fermentini artırır.

Qaynadılmış bir gül kələm mədə turşularının zərərlərindən qoruyur. Tərkibindəki "gefarnato" maddəsi xora müalicəsində istifadə edilən dərmanın xammalı olaraq da istifadə olunur.

Sevinc

0