Gəncədə “Muğam gecələri”: İlk qonaq Xalq artisti olacaq

MƏDƏNİYYƏT
10:33 / 12.01.2024
399

Gəncədə “Muğam gecələri” layihəsi başlayacaq.

Hit.az xəbər verir ki, layihənin ilk qonağı Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov olacaq. Xanəndə fevralın 28-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. 

Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist, "Tərəqqi" medallı Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.

Gecədə xanəndənin ifasında Azərbaycan muğamları ilə yanaşı xalq mahnıları da  səslənəcək.

Azra 

0