Musiqili Teatr "Qadınım"ın premyerasına hazırlaşır

MƏDƏNİYYƏT
18:08 / 12.01.2024
491

Musiqili Teatr premyeraya hazırlaşır. 

Teatrdan Hit.az-a verilən məlumata görə, türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çücenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

"Qadınım" tamaşasında teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatıçısı Əmrah Dadaşovdur, video görüntüləri isə Murad Həsənov hazırlayıb.

Azra 

 

0