Niyaməddin Musayev konsert vermək istəyir

MƏDƏNİYYƏT
19:14 / 15.01.2024
461

“Mən də solo konsert vermək istəyirəm”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib. Müğənni təşkilatçılardan təklif gözlədiyini qeyd edib:

“Konsertləri təşkil edən təşkilatçılar, şirkətlər var. Çox istəyirəm onlar mənim konsertimi təşkil etsin. Mən də repertuarımda olan mahnıları ifa edim. Zamanında mənim konsertlərimdə iynə atsaydın yerə düşməzdi. Əminəm ki, bu gün konsertim olsa ondan da çox tamaşaçı toplayaram”.

Xalq artisti mahnılarının bu gün də sevildiyini qeyd edib:

“Bu günkü mahnılara baxın, yadda qalmır. Amma mənim mahnılarım dillər əzbəridir”.

Azra 

0