Müğam Müsabiqəsinin qalibi Kölndə konsert verəcək

MƏDƏNİYYƏT
20:30 / 18.01.2024
579

Xanəndə, 2007-ci il Müğam Müsabiqəsinin qalibi Güllü Muradova Almaniyanın Köln şəhərində konsert verəcək.

Bu barədə Hit.az-a xanəndənin özü məlumat verib. Azərbaycan-Almaniya Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn konsert layihəsi martın 9-da baş tutacaq:

“Konsert iki bayramı özündə birləşdirəcək. Həm 8 Mart Qadınlar Bayramı, həm də Novruz Bayramı münasibəti ilə ərsəyə gələn layihədir. Mən də burada yaşadığım üçün layihəyə məni də dəvət ediblər. Burada yaşayan azərbaycanlılar həmişə məndən burada konsert verməyimi tələb edir. Müəyyən səbəblərdən onların istəyini yerinə yetirə bilmirəm”.

Güllü Muradova Azərbaycana səfər edən zaman Bakıda da solo konsert layihəsi ilə çıxış edəcəyini vurğulayıb.

Azra

0