“Sehrli xalat”ın Rəşidi vəfat etdi

MƏDƏNİYYƏT
17:01 / 24.01.2024
565

ABŞ-də yaşayan aktyor Azər Qurbanov vəfat edib.

HİT.az bildirir ki, bununla bağlı Yusif Şeyxov sosial şəbəkədə yazıb. O qeyd edib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib.

Qeyd edək ki, A. Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. O, “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı ilə yadda qalıb. Azər rusdilli olduğundan onu filmdə Yusif Şeyxov səsləndirib.

0