Türkiyəli məşhur aktrisa Bergüzar Korel ekranlara qayıtmağa hazırlaşır.
Hit.az xəbər verir ki, o, yeni mövsümdə “A.B.İ.” serialında çəkiləcək.
Sənətçi “ATV”-də yayımlanacaq ekran işində “Leyla” obrazına həyat verəcək. Artıq layihənin çəkilişlərinə start verilib. Beləliklə, Bergüzar Korel və Kənan İmirzalioğlu 11 il sonra yenidən bir araya gəliblər. B. Korel özü də bu barədə paylaşım edərək duyğularını izləyiciləri ilə bölüşüb:
“Bəzi görüşlərin üzərindən illər keçsə də həyacanı heç itmir. Evim kimi hiss etdiyim “OMG Productions” ilə təkrar bir layihədə, tanıdığım və çox sevdiyim gözəl komandamla yepyeni bir yola çıxıram.
Və Kənanla 11 il sonra yenidən eyni serialda çəkilirik. Sanki daha dünən çəkiliş meydançasında idik, zaman nə tez keçir... “A.B.İ.”nin yeni mövsümündə mən də varam. Yeni hekayələr, yeni həyəcanlar və tanıdığım bir yol yoldaşlığı üçün çox həyəcanlıyam”.
Pərviz


