Azərbaycanlı gəncə Qətərdə yüksək vəzifə verildi - FOTO

SİYASƏT
19:30 / 17.08.2020
1448

Azərbaycanlı gənc xanım Qətərdə prezident seçilib.

HİT.Az Azxeber.com-a istinadən xəbər verir ki, dünyanın ən tanınmış media orqanlarından olan "Əl-Cəzirə"də çalışan Aysəba Umutlu Yaxın Şərq ölkərlərinin liderlərini birləşdirən "Yaxın Şərq Liderlik Akademiyası"nn (MELA) 2020-2022-ci illər üçün Qatar üzrə prezidenti seçilib.

Aysəba bildirib ki, təşkilatda yeganə ərəb olmayan prezident odur: "Bu həm mənim üçün, həm də ölkəmiz üçün böyük uğurdur. Çünki təşkilatda yeganə ərəb olmayan prezident mən olacam. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Aysəba tanınmış jurnalist Umud Mirzəyevin qızıdır.

0