İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi

16:01 / 29.08.2020
694

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident, Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Qırğızıstan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim əmin-amanlıq və rifah diləyirəm”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha da təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Malayziya dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının Malayziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziyaya daim əmin-amanlıq və rifah diləyirəm”.

0