ABŞ səfirliyi: "Azərbaycan hökumətini cənab Yaqublunun işinə yenidən baxmağa çağırırıq"

SİYASƏT
11:02 / 05.09.2020
1142

“Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir”.

Yeniavaz.com xəbər verir ki, bu sözlər ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən qurumun rəsmi “facebook” səhifəsində yazılıb. Bildirilib ki, T. Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olub:

“Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”.

Səfirlik həmçinin bu yaxınlarda REAL siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışladığını açıqlayıb.

0