Qurban Məmmədovu neçə il həbs cəzası gözləyir?

SİYASƏT
15:44 / 08.09.2020
902

Avropada mühacirətdə olan hüquqşünas Qurban Cəlal oğlu Məmmədova qarşı irəli sürülən ittihamlar ağır cinayətdir. Əgər onun cinayətləri sübuta yetirilərsə, Qurban Məmmədovu 10 ilə yaxın həbs cəzası gözləyir.

Bunu Axar.az-a tanınmış hüquqşünas Səməd Vəkilov mühacirətdə olan həmkarı Qurban Məmmədova qarşı irəli sürülən ittihamlar barəsində danışarkən deyib. Hüquqşünasın sözlərinə görə, indiki şəraitdə Qurban Məmmədovun ölkəyə gətirilməsi də mümkündür:

“Qurban Məmmədov Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmiz Avropa Şurasının hüquqi yardımla bağlı konvensiyalarına qoşulub. Amma bildiyim qədər, Böyük Britaniya ilə ikitərəfli müqaviləmiz yoxdur. Buna baxmayaraq, Avropa Şurasının hüquqi yardımla bağlı konvensiyaları imkan verir ki, onu ölkəyə geri qaytarsınlar”.

0