Cəbhədəki son durum - İNFOQRAFİKA

09:49 / 24.10.2020
1810

Türkiyənin Anadolu agentliyi Azərbaycan Ordusunun cəbhədə yaratdığı dönüş vəziyyəti ilə bağlı mükəmməl infoqrafika hazırlayıb.

HİT.Az xəbər verir ki, infoqrafikada işğalçı Ermənistanın hərbi təxribatları nəticəsində sentyabrın 27-dən cəbhədə yaranmış qarşıdurmanın oktyabrın 22-dək olan statistikası xəritə üstündə əksini tapıb. 

Oxucuya məlumat verilir ki, ötən dövrdə müzəffər Azərbaycan Ordusu 117 yaşayış məskənini düşmən tapdağından azad edib. Prezident İlham Əliyevin oktyabrın 22-də sosial şəbəkə hesabında açıqladığı 20 kənd və bir qəsəbənin azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin tam şəkildə nəzarətə alınması barədə məlumat, həmçinin həmin yaşayış məskənlərinin adları infoqrafikada əksini tapıb. /Azərtac

0