M-346 reaktiv təlim təyyarəsi fərqli kamuflyajda: İtaliya texnikanı Azərbaycana təhvil verir? - FOTO

SİYASƏT
11:48 / 02.06.2021
1172

İtaliyada “Veneqono” hava limanında M-346 tipli təyyarə fərqli kamuflyajda görüntülənib.

Təyyarənin kadrlarını fotoqraf Oskar Bernardi tərəfindən çəkilib.

“Leonardo S.p.A” şirkətinə məxsus M-346 tipli təyyarənin yeni kamuflyajında diqqət çəkən bir sıra məqamlar dünya mətbuatında sözügedən texnikanın sifarişçisi barədə iddiaları ortaya çıxarıb.

Belə ki, dünyanın bir sıra mətbuat orqanları sözügedən reaktiv təlim təyyarənin boyandığı rəng sxeminin Türkmənistan və Azərbaycan HHQ-də istifadə olunan rənglərə uyğun gəldiyini və buna görə də həmin ölkələrdən birinə təhvil verilə biləcəyini yazıb.

Həmçinin təyyarənin yeni kamuflyajla ilk uçuşunu icra etdiyi bildirilir.

0