Daşaltıda postumuza qumbara atan erməniyə niyə atəş açılmayıb? - Hərbi ekspert

SİYASƏT
15:30 / 13.11.2021
2119
"Erməni terrorçusunun postumuza atdığı qumbara Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədən atılıb. Buna görə ona atəş açılması digər bu işdə günahı olmayan insanların da xəsarət alması ilə nəticələnə bilərdi. Hesab edirəm ki, məhz bu səbəbdən ona atəş açılmayb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev keçmiş erməni döyüşçünün Azərbaycan postuna qumbara atması və bunun arxasında bir qisas, yoxsa təxribat xarakterli cəhdlərin olmasından danışarkən deyib. Ədalət Verdiyevin sözlərinə görə, həmin erməni terrorçusunun məhkəsməsi Azərbaycanda həyata keçirilməlidir:
 
 
"Bu birmənalıdır. Həmin hadisə nəticəsində bizim artıq 3 nəfər xəsarət alıb. Buna görə də Azərbaycan ərazisindən Azərbaycan əsgərinə qarşı edilən hücumun təhqiqatı birmənalı olaraq Azərbaycan ərazisində aparılmalı və istintaq burada həyata keçirilməlidir".
 
Ədalət Verdiyev hesab edir ki, hüquq-mühafizə orqanları həmin şəxsin Azərbaycana verilməsi üçün əllərindən gələn bütün qanuni fəaliyyətlərini həyata keçirməlidir:
 
"İstəlinən halda bu bir təxribat deyil, hücum cəhdidir. Bunun görüntüləri də mövcuddur. Rusiya sülhməramlıları kontingentinin rəhbəriliyi və onların tabe olduğu Rusiya Müdafiə Nazirliyi də bu məsələyə təcili və real münasibət bildirməlidir. Ağlabat və real hadisələri özündə əks etdirən bir bəyanat gözləyirik".
 
Qeyd edək ki, erməni terrorçusu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib. Erməni terrorçu 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta RQD-5 markalı əl qumbarası  atıb. Hadisə nəticəsində 3 nəfər Azərbaycan vətəndaşının xəsarət aldığı bildirilib. 
 
 
0