SİYASƏT
15:09 / 22.06.2022
145

Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçir - FOTO

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.

Bu barədə Hit.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

0