İsraildən Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarına reaksiya

SİYASƏT
15:29 / 18.11.2022
936

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

HİT.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid "Twitter"də yazıb. O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib:

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”.

Yair Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

0