Cənubi Qafqazın və Mərkəzi Asiyanın ən güclü ölkələrinin birliyi dünyaya güclü mesajdır

SİYASƏT
17:20 / 11.03.2024
250

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edib.

Səfər çərçivəsində Tokayev Azərbaycan Prezidenti ilə müxtəlif mövzularda danışıqlar aparacaq.

Bəs bu səfər türk dünyasına və eləcə də beynəlxalq  siyasi arenaya hansı mesajı verir?

Hit.az-ın sualını siyasi ekspert Mübariz Göyüşlü cavablandırır.

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev səfər çərçivəsində Füzuliyə səfər edəcək və burada Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak edəcək. yada salım ki, məktəb Qazaxstan tərəfinin maliyyə dəstəyi ilə tikilib.

Qazaxıstan liderinin səfəri Azərbaycanda növbədənkənar Prezident seçkilərindən sonra ilk xarici dövlət başçısı səfərdiri. Bunun özü böyük qardaşlıq və dostluq mesaj deməkdir.

Azərbaycan türk dövlətləri təşkilatında türk xalqlarının birliyinin gücləndirilməsində çox fəal iştirak edir.

Türkiyə ilə birlikdə bu məsələdə lider ölkə olaraq , ciddi layihələrə imza atır.

Rəsmi Bakı yalnız türk dövlətləri təşkilatları çərçivəsində deyil, eyni zamanda ikitərəfli əlaqələrin qurulmasında da maraqlıdır. 

Xüsusilə, Qazaxıstanla müxtəlif səviyyələrdə ikitərəfli görüşlər keçirilir, ictimaiyyət nümayəndələrinin debatları təşkil olunur.

Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var.  Qazaxıstan prezidentinin Azərbaycana səfəri münasibətlərimizin inkişafında yeni mərhələnin əsasını qoyacaq. 

Qazaxıstan Mərkəzi Asiyanın ən güclü dövlətlərindəndir və hər zaman Qarabağ məsələsində bizi dəstəkləyib. İndi də  Qarabağda abadlıq işlərində öz töhfəsini verməklə dəstəyini ifadə edir. 

Cənubi Qafqazın ən güclü ölkəsi ilə Mərkəzi Asiyanın ən güclü ölkəsinin dostluq və tərəfdaşlıq əlaqələri dünya üçün yetərli qədər  güclü mesajdır”,- deyə ekspert vurğulayıb.

Murad

0