Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

SİYASƏT
14:23 / 07.05.2024
215

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur.

HİT.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fiko ilə mətbuata bəyanatında deyib.

Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə bir daha təbrik edən dövlətimizin başçısı bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar atılmışdır. “Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik”, – deyə dövlət başçısı vurğulayıb.

0