Xankəndi, Ağdərə və Əsgəranın keçmiş qondarma "merləri" Ermənistanda tutulub

SİYASƏT
19:50 / 25.05.2024
318

Qarabağ separatçıları Ermənistanda həbs olunub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Xankəndi və Ağdərə keçmiş qondarma "merləri" David Sarkisyan və Mişa Qürdcan Ermənistanda tutulub.

Onlar korrupsiya əməlləri törətməkdə və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.

Qeyd edək ki, daha əvvəl Əsgəranın keçmiş “mer”i Ayk Şamiryan da eyni ittihamla saxlanılıb.

0