Səyyad Aran YAP siyahısından namizəd olacaq? - AÇIQLAMA

14:54 / 15.07.2024
424

Sabiq deputat Səyyad Aranın növbədənkənar parlament seçkilərində iştırak edəcəyi bildirilir.
 
Bu barədə Qaynarinfo-ya mötəbər mənbədən məlumat verilib. Məlumatda onun adının Yeni Azərbaycan Partiyasının siyahısında yer aldığı deyilir.
 
Məsələ ilə bağlı Səyyad Aranla əlaqə saxladıq. 

Səyyad Aran bu barədə danışmaq istəmədiyini bildirdi. 

Səyyad Aran 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Qeyd edək ki, bu gün Səyyad Aran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci vəzifəsindən azad edilib. 

0