Trampın qayıdışı Azərbaycana nə vəd edir?

SİYASƏT
16:02 / 07.11.2024
572

“Donald Trampın yenidən Amerikanın prezidenti seçilməsi Amerikanın, o cümlədən müxtəlif bölgələrin gələcək fəaliyyətində dəyişiklik olacaq. Donald Tramp birinci dönəmdə olduğu kimi yenə də Azərbaycanla münasibətlərin normal şəkildə davam etməsində maraqlı olacaq”. 

Bu sözləri Hit.az-a siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O bildirib ki, hazırda Amerika Azərbaycan münasibətləri yüksək səviyyədə deyil. Müəyyən problemlər var: 

“Hesab edirəm ki, Tramp bu problemlərin həllində öz mövqeyini qoyacaq və müsbət istiqamət müəyyənləşdirəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan enerji təminatında, enerji təhlükəsizliyində və terrorizmə qarşı mübarizədə Amerika ilə əməkdaşlıq edib. Bu mənada hesab edirəm ki, yeni dönəmdə Azərbaycanla münasibətlər daha yaxşı olacaq”.

Sevinc
 

0