Birinci siniflərin məktəbdə "ilk gün toyu"...

SOSİAL
18:57 / 12.09.2024
309

Hə, demək birinci sinif bayramı gəlir axı. Deyəcəksiz, o nə bayramdı elə?

Guya Bakı şəhərində valideynləri tərəfindən birinci sinfə dəmdəsgahla yola salınan uşaqları görməmisiz?

Uşağı məktəbə 3-4 bahalı maşınla gətirənlər kim. Əmilər, xalalar, nənələr hərəsi bir yekə bahalı gül buketi bağladır, hərəsi müəllimə bir bahalı hədiyyə hazırlayır. Video çəkən,  fotoqraf, bir-birinin bəhsinə durub ,daha nə bilim, hansı kreativ ideyalar fikirləşənlər...

Az qalırlar Osmanlı ordusunun “Mehtər takımı”nı da dəvət edələr. Valideynlər bir- birinin bəhsinə görməmişlik edə-edə elə vəziyyət yaradırlar ki, gah sinifdə dekor qurdururlar, gah tamaşa tərtib edirlər. Bunun əsla  təhsilə faydası yoxdur, əksinə məktəbdəki digər şagirdlər də və imkansız valideynlərə böyük travma yaradır. Bəzi təhsil ekspertləri deyirlər ki, uşağınızı məktəbə çox sadə yola salın. Çox da bahalı olmayan gül buketi , yüngül bir hədiyyə ilə də müəllimin xətrini xoş etmək olar.

Özümün birinci singə getdiyim gün yadıma düşdü. Anam həyətdən qızılgül dərib, özü buket bağlamışdı. Müəllimin əlinə verdim. Üzünə baxmadan atdı zibil qabına. Birinci sinfə ayaq qoyduğum gün bunu yaşadım. Uzun illər sonra küçədə məni görüb “mənim jurnalsit balam” deyib, boyumu qucaqlayanda yadıma o an düşdü. Mənim dəbdəbə həvəskarı müəllimim.

Murad

0