Nazirlikdən “WhatsApp” və “Instagram”la bağlı açıqlama

TEXNO
16:08 / 19.06.2021
2163

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxilolmada yaranan problemlə bağlı məlumat yayıb.

Nazirlikdən Hit.az-a verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb.

"Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb", - deyə nazirlikdən bildirib.

0