"TikTok"da arzuolunmaz videolar avtomatik olaraq silinəcək

TEXNO
12:42 / 11.07.2021
1773

TikTok qadağan olunmuş məzmunlu videoları avtomatik olaraq silinməsinə başlayacaq.

HİT.az "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.

TikTok sosial şəbəkəsində arzuolunmaz videolar - çılpaq bədənlər və zorakılıq səhnələr olan videoları dərhal blok edəcək. Bunun səbəblərini izah edən bir bildiriş nəşrin müəllifinə göndəriləcək.

İndi TikTok avtomatlaşdırılmış moderasiya sistemlərindən istifadə etməyə başlayacaq.

Müəllifin apellyasiya şikayəti vermək hüququ isə qüvvədə qalacaq.

0