Çinli alimlər alçaq orbitdən insan üzlərini müəyyən edə bilən dünyanın ən güclü casus kamerasını hazırlayıblar.
HİT.az xəbər verir ki, Çin Elmlər Akademiyasına bağlı Kosmos Məlumat Araşdırma İnstitutu tərəfindən hazırlanan bu texnologiya 100 kilometr məsafədən millimetr səviyyəsində görüntü dəqiqliyi təqdim edərək qlobal izləmə standartlarını dəyişdirə bilər.
Optik görüntüləmə texnologiyası Çin hökumətinə xarici hərbi peykləri və yerüstü müdafiə obyektlərini görünməmiş dəqiqliklə izləmək imkanı verə bilər.
Lazer görüntüləmə sistemi linza istifadə edən mövcud casus kameralardan 100 dəfə daha yüksək çözünürlük əldə edib.
Yeni Çin kamerası Tsinxay gölü üzərində 101,8 kilometr məsafədə sınaqdan keçirilərkən, gölün qarşı tərəfində cəmi 1,7 millimetr ölçüsündə detalları göstərə bilib.
Samir