ABŞ elektromobillərə sərvət XƏRCLƏYƏCƏK

10:23 / 05.09.2023
1217

ABŞ elektromobillərə bağlı daha bir addım atıb.

HİT.az xəbər verir ki, ABŞ Enerji Departamenti elektrikli nəqliyyat vasitələrinə keçidi dəstəkləmək üçün 15,5 milyard dollar maliyyələşdirmə və kredit paketi həyata keçirəcəyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, sözügedən vəsait mövcud fabriklərin elektriklə işləyən nəqliyyat vasitələrinə keçidi üçün yenidən təşkili çərçivəsində 2 milyard dollar qrant və 10 milyard dollar kreditin verilməsini əhatə edəcək.

O da qeyd olunub ki, digər ölkələrdən idxal olunan elektromobillərin akkumulyatorlarının və akkumulyator komponentlərinin yerli istehsalına 3,5 milyard dollar maliyyə ayrıla bilər.

Həmçinin, ABŞ-ın energetika naziri Cennifer Qranholm Prezident Co Baydenin ölkəni qlobal istehsal mərkəzinə çevirəcək işçi qüvvəsinə və fabriklərə sərmayə qoyduğuna da diqqət çəkib.

Pərviz

0