Çin 9 şirkətə sürücüsüz avtomobilləri sınaqdan keçirməyə icazə verdi

AVTO
12:40 / 07.06.2024
616

Çində sürücüsüz avtomobillərlə bağlı daha bir addım atılıb. 

Hit.az xəbər verir ki, Çində 9 avtomobil istehsalçısına sürücüsüz avtomobillərini ictimai yollarda sınaqdan keçirməyə icazə verilib. 

Bunu sözügedən ölkənin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi açıqlayıb. Bildirilib ki, bu icazə sürücüsüz nəqliyyat vasitələrinin yayılmasını sürətləndirmək planı çərçivəsində bəzi markalara verilib. Beləliklə, avtonom avtomobillərin pilot layihəsi start götürüləcək. Lakin pilot layihə ciddi sınaq prosesini və təhlükəsizlik qiymətləndirmələrini əhatə edəcək.

Əldə ediləcək məlumatlar sözügedən avtomobillərin performansını qiymətləndirmək və onların etibarlı yol sistemləri ilə necə inteqrasiya oluna biləcəyini, habelə yol təhlükəsizliyinin necə yaxşılaşdırıla biləcəyi barədə fikirlər vermək üçün istifadə olunacaq.

Pərviz

0