Almaniyanın nəhəng avtomobil istehsalçısı "Audi" yeni "A5" modelini təqdim edib.
Hit.az xəbər verir ki, avtomobil müasir dizaynı ilə diqqət çəkir.
"A5 Sedan" və "A5 Avant" modelləri satışa çıxarılıb. Bu avtomobillər əvvəlki "A4" modelindən 67 millimetr uzundur. Daha dəqiq desək, uzunluğu 4829 millimetrdir.
Üstəlik, yeni "A5" modeli standart naviqasiya sistemi, elektrik yük qapısı və simsiz enerji doldurma kimi bir çox mühüm funksiyalara sahibdir. Onun interyerində 11,9 düymlük "Audi" virtual kokpit plus, 14,5 düymlük əyri "Audi MMI" panoramik ekran və 10,9 düymlük MMI ön sərnişin ekranı kimi rəqəmsal xüsusiyyətlər də mövcuddur.
Bundan başqa, "A5" avtomobili kilidlənmə və avtomobildən düşən zamanı dinamik işıq effektləri ilə təchiz olunub. Həmçinin, avtomobil kənd yollarında əlavə güc təmin etməklə yanaşı, şəhər nəqliyyatında dayanma-start zamanı tam elektriklə idarə etməyi də bacarır.
Pərviz