Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi, COP29-da iştirakını təsdiqlədi

COP29
18:22 / 30.05.2024
1455

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Finlandiya Prezidenti dövlətimizin başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.

0