Moskvada İLK DƏFƏ "qeyri-vətəndaş pasportu" verildi

DÜNYA
09:00 / 12.01.2022
1645

Moskvada vətəndaşlığı olmayan ilk şəxs müvəqqəti şəxsiyyət vəsiqəsi alıb. 

Hit.az xəbər verir ki, bu barədə Moskva İctimai Monitorinq Komissiyasının üzvü Yeva Merkaçova bildirib.

"Moskvada yaşıl rəngli "qeyri-vətəndaş pasportu" - müvəqqəti şəxsiyyət vəsiqəsi alan ilk şəxs 53 yaşlı Yaqubcan Həkimcanov olub. O, iki ildən çox Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı (Saxarova) Baş İdarəsinin xarici vətəndaşlar üçün müvəqqəti saxlanma məntəqəsində olub. Çünki, vətəndaşlığı olmadığı üçün onu heç yerə deportasiya etmək mümkün deyildi", - deyə Merkaçova vurğulayıb.

1