Roma Papası Fransisk mayın 26-na planlaşdırılan bütün görüşlərini ləğv edib.
HİT.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi “Twitter” hesabında məlumat verilib.
"Qrip xəstəliyinə görə Papa Fransisk bu gün ziyarətçiləri qəbul etməyib", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, daha əvvəl də Papa səhhətindəki narahatlığıa görə, Romadakı Aqostino Gemelli xəstəxanasına yerləşdirilmişdi. Onun səhhətinin pisləşməsinə səbəb kimi soyuqdəymə göstərilmişdi.