Olaf Şolts seçki vədlərini pozmaqda ittiham olunur

14:52 / 20.11.2023
316

Almaniyanın keçmiş səhiyyə naziri və Bundestaq üzvü Yens Spahn kansler Olaf Şoltsun öz hərəkətləri ilə bütün sənayeni məyus etdiyini deyib.

HİT.az "Bild"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, siyasətçi 2021-ci il seçki kampaniyası zamanı restoran və barlarda yeməklərə ƏDV-nin həmişəlik 7%-ə endirilməsi ilə bağlı verdiyi vədləri pozub.

"Bild" qeyd edib ki, Şoltsun ​​tənqidi Almaniya hökumətinin müvafiq vergini 19%-ə qədər artırdığını elan etməsindən qaynaqlanır. Nəşr əlavə edir ki, bu cür tədbirlər Almaniyada bar və restoranlarda yeməyin qiymətini orta hesabla 11% bahalaşdıracaq.

“Sənaye yüksək qiymətlərə görə bir çox müştərinin qaçacağından qorxur. Bundan əlavə, son vaxtlar ixtisaslı işçilərin çatışmazlığı, eləcə də yüksək sosial müavinətlər (o cümlədən vətəndaşlar üçün işsizlik müavinətlərinin artırılması) səbəbindən kadr tapmaq getdikcə çətinləşir”, mətndə deyilir.

Samir

0