Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Yaxın Şərqdə münaqişənin vaxtaşırı kəskinləşməsi Fələstin xalqının öz müstəqil dövlətinə olan hüququnu bilməməsi ilə bağlıdır.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
“Fələstin və İsrail arasında münaqişənin dövri olaraq təkrarlanmasının əsas səbəbi Fələstin xalqının dövlətçilik və yaşamaq hüquqlarına uzun müddət məhəl qoymamasıdır”, deyə XİN başçısı bildirib.
Vanq Yinin fikrincə, münaqişənin həlli yolu "iki xalq üçün iki dövlət" prinsipinin həyata keçirilməsindən keçir: "Müstəqil Fələstin dövlətinin yaradılması zəruridir".
Diplomat qeyd edib ki, Çin münaqişənin sülh yolu ilə həlli üzrə beynəlxalq konfransın çağırılmasında və yol xəritəsinin hazırlanmasında da israrlıdır.
“Fələstin məsələsi Yaxın Şərqin əsas problemidir. Əgər o, ədalətli həll yolu tapmasa, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması mümkün olmayacaq”, deyə Van Yi bildirib.
Samir