DÜNYA
18:33 / 21.11.2023
120

Baş nazir: "Ukraynasız Avropa ailəsi tam deyil"

Litvanın baş naziri İnqrida Simonyte Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasını tarixi fürsət adlandırıb və qeyd edib ki, Kiyevsiz Avropa ailəsi tam deyil. 

HİT.az xəbər verir ki, o, bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində Avromaydanın 10 illiyinə münasibəti ilə yazıb.

Onun sözlərinə görə, nə Maydanda “qan tökülməsi”, nə də Rusiya ilə münaqişə Ukraynanın Avropa oriyentasiyasını dəyişməyib.

"Qabaqda tarixi bir fürsət var - Ukraynasız Aİ ailəsi tam deyil", deyə Simonyte yazıb.

Bundan əvvəl Avropa Komissiyası Ukrayna və Moldova ilə onların Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb. Aİ-nin ali icra orqanı da Kiyev və Kişinyovun həyata keçirməsi üçün zəruri olan bir sıra şərtlər irəli sürüb. Beləliklə, onlar Ukraynadan korrupsiyaya qarşı mübarizəni davam etdirməyi və milli azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş islahatları, Moldovadan isə məhkəmə sistemində islahatları və “deoliqarxizasiyanı” davam etdirməyi tələb edirlər.

Avromaydan adlı kütləvi, aylarla davam edən etiraz aksiyası 2013-cü ilin sonunda başlayıv və 2014-cü ilin yazına qədər davam edib. Kiyevdə etirazçılar çadırlar qurub, bir sıra inzibati binaları ələ keçiriblər. Həmin vaxt Ukrayna prezidenti postunu tutan Viktor Yanukoviç və Nazirlər Kabineti demək olar ki, tam tərkibdə ölkəni tərk etməli olub.

2014-cü il mayın 25-də keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə Petro Poroşenko yeni prezident seçilib.

Samir

0