DÜNYA
14:55 / 21.11.2023
126

Ukraynada bir hərbi hissədə milyon dollarlıq dələduzluq faktını aşkarlandı

Ukrayna Müdafiə Nazirliyinin auditi zamanı Çerniqov vilayətindəki hərbi hissələrdən birində dövlət büdcəsinə 38,8 milyon qrivna (təxminən 1 milyon dollar) ziyan vuran satınalma saxtakarlığı aşkar edilib. 

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, məsul şəxslər 2022-ci ildə bir milyon dollara generatorlar alıblar ki, bu da onların bazar dəyərini xeyli üstələyir. Audit zamanı o da məlum olub ki, tədarükçülərlə ilkin müqavilənin şərtlərini dəyişdirən əlavə müqavilələr bağlanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, generatorları əsasən anbarlarda toz basıb və hərbi hissələrə çatdırılmayıblar. Avadanlıqların ümumi məbləğinin cəmi 15%-nin istifadəyə verildiyi dəqiqləşdirilir.

Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Samir

0