Fransada ən yüksək səviyyədə terror təhlükəsi elan olundu

10:29 / 25.03.2024
157

“Fransa hakimiyyəti ölkədə ən yüksək səviyyədə terror təhlükəsi elan edib”.

Bu barədə Fransanın Baş naziri Qabriel Attal bildirib.

Onun sözlərinə görə, bu qərar Rusiyada “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar Yelisey sarayında təşkil edilən Milli Müdafiə Şurasının iclasından sonra verilib.

O bildirib ki, ölkənin üzləşdiyi təhdidləri nəzərə alaraq, terror təhlükəsi səviyyəsinin yüksəldilməsi qərara alınıb.

0
Qafqazinfo