Ən gənc mer işçisi ilə birlikdə öldürüldü

21:28 / 25.03.2024
210

Ekvador tarixinin ən gənc meri Bricit Qarsiya və onun işçisi qətlə yetirilib.

HİT.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

San-Visente şəhərinin 27 yaşlı merinin və merin kommunikasiya məsələləri üzrə direktorunun meyiti avtomobildə aşkarlanıb.

Polis hər iki şəxsin güllələnərək öldürüldüyünü açıqlayıb.

Yerli media Qarsiyanın əvvəllər təhdid edilmədiyini yazır.

Bricit Qarsiya ötən ilin oktyabr ayında mer vəzifəsinə namizədliyini irəli sürmüş və 8 namizəd arasından qalib seçilmişdi.

0