Şahzadə Uilyam və Keyt hardadır?

DÜNYA
22:25 / 26.03.2024
168

Şahzadə Keyt Middlton əri şahzadə Uilyam və uşaqları ilə birlikdə bir kənd mülkünə gedib.

Bu barədə "Entertainment Tonight" məlumat yayıb.

Bir gün əvvəl Keyt Middleton və şahzadə Uilyam uşaqları ilə birlikdə helikopterlə naməlum istiqamətə uçublar. Jurnalistlər kral ailəsinin üzvlərinin hazırda İngiltərənin şərqində yerləşən Norfolkdakı Anmer Hall malikanəsində olduğunu bildirir. Uels şahzadəsi və həyat yoldaşı uşaqlarının məktəb tətilini orada keçirəcəklər. Onların Kral III Çarlzla da görüşəcəyi gözlənilir.

Eyni zamanda, Keyt Middleton və şahzadə Uilyam kral ailəsinin digər üzvlərindən fərqli olaraq Pasxa ibadətini qaçıracaqlar. Uels şahzadəsi və xanımı uşaqları ilə birlikdə vaxt keçirəcəklər: 10 yaşlı şahzadə Corc, 8 yaşlı şahzadə Şarlotta və 5 yaşlı şahzadə Lui.

Qeyd edək ki, yanvarın 16-da Keyt London klinikalarından birinə aparılıb. Elə həmin gün əməliyyat olunub. Kral ailəsi rəsmilərinin sözlərinə görə, əməliyyat əvvəlcədən planlaşdırılıb. Martın 22-də Middleton rəsmi olaraq elan edib ki, onda xərçəng aşkarlanıb və hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələsindədir. Xərçəng qarın nahiyəsində aparılan əməliyyatdan sonra aparılan müayinələr zamanı aşkar edilib. //Qaynarinfo.az

0