Avropa İttifaqı ölkəsi terror aktlarına hazırlaşır - KİV

08:14 / 27.03.2024
160

Avropa ölkələrindən biri Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalına hücumdan sonra mümkün terror aktlarına hazırlaşırlar. 

Poliqon xəbər verir ki, bu barədə Washington Post adı açıqlanmayan Avropa dövlətinin təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən yazır.

"Təəssüf ki, biz yeni cəhdlərin ediləcəyi ssenariyə hazırlaşmalıyıq", deyə mənbə bildirib.

Öz növbəsində adı açıqlanmayan ərəb ölkəsinin təhlükəsizlik zabiti nəşrə bildirib ki, islamçı qrupların terror aktları təşkil etmək istəyinin digər səbəbi media sahəsində Fələstinin radikal HƏMAS hərəkatı ilə rəqabət ola bilər.

Bundan əvvəl Fransa və Almaniyanın "Crocus"dakı terror aktından sonra terror təhlükəsinin səviyyəsini artırdığı bildirilirdi.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra silsilə partlayış səsləri eşidilib və yanğın başlayıb. Nəticədə 150-yə yaxın insan həlak olub.

Samir

0