Britaniyanın müdafiə naziri fırıldaqçılıqda ittiham olundu

DÜNYA
13:28 / 27.03.2024
171

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukraynaya yardım ayırmaqla fırıldaqçılıqda ittiham olunub. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Belə ki, parlamentin dövlət katibinin ölkənin silahlı qüvvələri üzrə keçmiş müşaviri Mark Fransua qeyd edib ki, Londonun Kiyevə dəstək üçün ayırdığı 2,5 milyard funt-sterlinq Böyük Britaniyanın müdafiə büdcəsinin azaldılması məbləği ilə demək olar tam üst-üstə düşür.

"Ukrayna üçün bu 2,5 milyard funt-sterlinq Böyük Britaniyanın müdafiə büdcəsinin bir hissəsi deyil, siz eyni funtu iki dəfə xərcləyə bilməzsiniz", deyə Mark Fransua bildirib.

Materialda qeyd olunur ki, Mark Fransua Qrant Şappsı fırıldaqçılıqda ittiham edib, çünki o, Ukraynaya hərbi yardımı ölkə ordusunu maliyyələşdirmək kimi görürür.

"Siz Ukrayna pulunu nümayiş etdirməyə çalışırsınız, guya ki, büdcəniz kəsilməyib, halbuki bu, məhz belədir. Sadə dillə desək, siz aldadırsınız", deyə Mark Fransua əlavə edib.

"Bununla yanaşı, Leyboristlər Partiyasının üzvü Kevan Cons açıq şəkildə bəyan edib ki, ölkənin hərbi departamentinin rəhbəri yalançıdır", deyə "Daily Mail" yazıb.

Samir

0