Polşanın baş naziri çevrilişdə ittiham olundu və ömürlük həbslə hədələndi

DÜNYA
16:58 / 27.03.2024
158

Keçmiş hakim Qanun və Ədalət Partiyasının (PiS) lideri Yaroslav Kaçinski Polşanın baş naziri Donald Tusku çevrilişdə ittiham edib və ömürlük həbslə hədələyib. 

HİT.az xəbər verir ki, Kaçinski bu barədə "Radio Plus" radiostansiyasında bildirib.

“Bu, Cinayət Məcəlləsinin hakimiyyət sisteminin zorla dəyişdirilməsi ilə bağlı 127-ci maddəsinə aid bir hərəkətdir. Bu cür hərəkət edənlərin hamısı həbsxanaya getməlidir. Bu maddə 10 ildən ömürlük həbsə qədər cəza nəzərdə tutur. Onların başçısı Tuskdur, ona görə də bu sözlər ona da aiddir", deyə Kaçinski bildirib.

Kaçinskinin fikrincə, Polşada baş verənlər dövlətin boz zonaya çevriləcəyi Almaniya-Rusiya sistemini yenidən yaratmaq məqsədi ilə digər ölkələrin maraqlarına xidmət edir.

Martın 4-də bildirilib ki, Polşa Seyminin "Pegasus" proqram təminatından istifadənin qanuniliyini araşdıran komissiyası siyasətçilərin telefonlarının dinlənilməsi ilə bağlı martın 15-də Kaçinskini çağıracaq.

Samir

0