Macarıstanda kütləvi etirazlar: Orban devrilə bilərmi? - Politoloq

DÜNYA
19:00 / 27.03.2024
178

Macarıstanın baş naziri Viktor Orban ona qarşı təşkil edilən etirazlardan "sağ çıxacaq". 

HİT.az xəbər verir ki, bunu politoloq Vadim Truxaçev “Vzqlyad” qəzetinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, nümayişlər Avropa Parlamentinə seçkilər öncəsi vətəndaşlardan daha çox dəstək qazanmağa çalışan yerli müxalifətə sərfəlidir.

"Başqa məsələ odur ki, bu etirazı genişləndirmək üçün praktiki olaraq heç bir perspektiv yoxdur. Birincisi, Avropada küçə siyasəti adi haldır. İkincisi, Orban indiyədək özünə qarşı daha böyük hücumlar yaşayıb. Ona görə də güman edirəm ki, o, bu hərəkətə heç bir reaksiya verməyəcək", deyə Truxaçev qeyd edib.

O əlavə edib ki, "Maydan" texnologiyalarından Macarıstana qarşı istifadə oluna bilməz. Politoloqun fikrincə, böyük ehtimalla Orbana Aİ səviyyəsində əngəllər olacaq: növbəti seçkilərdə Brüsselə sadiq bir fiqurun hakimiyyətə gəlməsi üçün maliyyədən imtina etmək, müxalifəti dəstəkləmək və cəmiyyəti ona qarşı qoymaq.

Martın 26-da axşam Budapeştdə Orban və baş prokuror Piter Poltun istefası tələbi ilə kütləvi aksiya keçirilib. Nümayişdə bir neçə min insan iştirak edib. Etirazçılar baş prokurorluq binasından parlamentə qədər “İstefa, istefa” şüarları ilə yürüş edib, onların çoxu əllərində məşəl tutub. Aksiya ölkə hakimiyyətini rüşvət işinə müdaxilə etməyə cəhddə ittiham edən keçmiş məmur Piter Maqyarın çağırışı ilə təşkil edilib.

Samir

0