Mixail Saakaşvili palatasında Milli Hərəkatın ofisi yaradıb - Hakim partiya

DÜNYA
14:24 / 28.03.2024
170

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili gündə təxminən on nəfəri qəbul edir və öz palatasında ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın ofisini yaradıb.

HİT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib. 

Mdinaradze müxalifətçi deputat Tamar Kordzayın deputatların Saakaşvilini ziyarət etməsinə icazə verilməməsi və onların şikayətinin aylardır müzakirə olunmaması barədə bəyanatını şərh edərkən belə deyib.

"O, televiziyada danışır, məhkəmə ona bunu etmək hüququ verir Gündə demək olar ki, 10 nəfər yanına gəlib-gedir və orada Milli Hərəkatın ofisi kimi bir yer açıb", deyə Mdinaradze bildirib.

Bundan əvvəl parlamentin rəhbəri Şalva Papuaşvili bildirmişdi ki, Saakaşvili ölkə tarixində ziyarətçilərin sayına görə bütün rekordları qıran ilk məhbusdur və o, bu baxımdan dünya rekordçusu olacaq. O qeyd edib ki, qanunverici orqanın rəhbəri istənilən deputata məhkuma baş çəkmək hüququ verə bilər. Lakin Papuaşvilinin sözlərinə görə, o, buna ehtiyac görmədiyi üçün artıq parlament üzvlərinə icazə vermir.

Samir

 

0