Baydenin seçki büdcəsi rekord məbləğdə artdı

10:56 / 29.03.2024
201

Nyu-Yorkda keçirilən kampaniya tədbiri ABŞ prezidenti Co Baydenə seçki büdcəsini rekord məbləğdə - 25 milyon dollar artırmağa imkan verib. 

HİT.az xəbər verir ki, bu barədə onun seçki qərargahı X sosial şəbəkəsində məlumat yayıb.

Bu töhfə Baydenin Demokrat sələfləri - Barak Obama və Bill Klintonun, habelə məşhur teleaparıcıların və musiqiçilərin müşayiəti ilə Nyu-Yorkun "Radio City Music Hall"da verilişinə bilet satışı ilə təmin edilib.

Qeyd edilir ki, Bayden bu tədbirdə rəqibi Donald Trampın bütün fevral ayı ərzində topladığı puldan daha çox vəsait toplayıb.

Martın 28-də qarşıdan gələn prezident seçkiləri ilə bağlı son sorğuların birində Co Baydenin Donald Tramp üzərində cüzi üstünlük əldə etdiyi bildirilib.

Bir gün əvvəl "The New York Times" yazmışdı ki, seçkilər yaxınlaşdıqca Bayden mütəmadi olaraq keçmiş prezident Barak Obamaya zəng edərək seçki yarışını və ailə məsələlərini müzakirə edir, lakin bu, həmişə belə olmayıb.

Samir

0