Litva prezidenti: "Bu, yaxın tarixdə ən yaxşı qərardır"

DÜNYA
20:00 / 29.03.2024
203

Litva prezidenti Gitanas Nauseda ölkənin NATO-ya daxil olmasını yaxın tarixdə ən yaxşı qərar adlandırıb. 

HİT.az xəbər verir ki, prezident bu barədə X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) yazıb.

"20 il əvvəl Litva Qərbin kollektiv təhlükəsizliyinin bir hissəsi olmaq qərarına gəldi. Bu gün biz həmrəyik və həmişəkindən daha güclüyük. Bu gün bizim məqsədimiz Ukraynaya qalib gəlməyə kömək etmək olmalıdır", deyə Nauseda yazıb.

Bundan əvvəl Litvanın xarici işlər naziri Gibrielius Landsberqis ölkənin NATO-ya üzv olmasının ildönümündə Şimali Atlantika Alyansına ölkədə həyata keçirilən həyatın sehrli transformasiyasına görə təşəkkür edib.

Litva 29 mart 2004-cü ildə NATO-nun tamhüquqlu üzvü olub. NATO-nun genişlənməsinin ikinci dalğası 2004-cü ildə Alyansa 7 yeni üzvü qəbul etməsindən sonra baş verib: Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya. Bu, Alyansın tarixində Baltikyanı regionda təsirini artıran ən böyük genişlənmə idi. 

Samir

 

0