Şimali Koreya Yaponiya ilə təmaslarsdan imtina etdi

DÜNYA
21:17 / 29.03.2024
216

Şimali Koreyanın Çindəki səfiri Ri Ren Nam bildirib ki, rəsmi Pxenyan yaponiyalı həmkarları ilə heç bir səviyyədə görüş keçirməyəcək. 

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Qeyd edək ki, 2002-ci ildən bəri iki ölkə liderləri arasında görüşlər keçirilmir. Bundan əvvəl "Financial Times" yazıb ki, Yaponiyanın baş naziri Fumio Kişida Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün səyləri gücləndirib.

Nəşrin xəbərinə görə, Vaşinqton və Tokioda diplomatik danışıqlara hazırlıqlardan xəbəri olan mənbələrin fikrincə, Kişida tərəfindən irəli sürülən sammitdə Şimali Koreya tərəfindən onilliklər əvvəl qaçırılan Yaponiya vətəndaşlarının azad edilməsini təmin olunmasına cəhd ediləcək.

"Financial Times" qeyd edib ki, baş nazir Kişida Pxenyandan müsbət siqnallar aldıqdan sonra sammitin keçirilməsi ilə bağlı səylərini artırıb. Lakin danışıqlara yaxın olan mənbələr qeyd edib ki, Şimali Koreya lideri qaçırılanların sərbəst buraxılması istiqamətində əməkdaşlıqdan imtina edir.

Daha sonra Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq bildirib ki, Yaponiyanın baş naziri Fumio Kişida Pxenyana Kim Çen Inla mümkün qədər tez görüş keçirmək niyyəti barədə məlumat verib.

Samir

0