Ekspertlər ABŞ-ın nüvə silahlarını modernləşdirilməsi sürətindən narahatdır

DÜNYA
20:38 / 29.03.2024
189

Ekspertlər ABŞ-ın silahlarını modernləşdirilməsi sürətindən narahatdır

ABŞ ordusu Rusiya və Çinin mümkün əks reaksiyasına hazır olmaq üçün nüvə arsenalını yeniləməlidir. 

HİT.az xəbər verir kik, bu barədə Amerikanın “Newsweek” jurnalı ekspertlərə istinadən məlumat yayıb.

Məqalədə Rusiya Federasiyası və Çinin hərbi baxımdan aktiv inkişafı ilə bağlı dərin narahatlıq ifadə edilib. Nəşrin hərbi analitikləri Pentaqonun köhnəlmiş nüvə silahlarının modernləşdirilməsinə kifayət qədər resurs ayırıb-yaxmadığını sual altına qoyublar.

Nəşr Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş əməkdaşı Hizer Uilyamsdan sitat gətirir: "Əgər biz həqiqətən də rəqiblərimizlə rəqabət aparmaq istəyiriksə, dünən qərarlar qəbul etməli idik".

O, ABŞ üçün müasir nüvə arsenalının formalaşmasında növbəti beş ili həlledici hesab edir.

Samir

 

0